...

2 min dəfə zəng edərək polisləri təhqir edən yapon həbs edilib

Dünya xəbərləri Materials 3 Dekabr 2022 14:35 (UTC +04:00)
2 min dəfə zəng edərək polisləri təhqir edən yapon həbs edilib

Bakı. Trend:

Yaponiyada 67 yaşlı yerli sakin 9 gün ərzində polisə 2 min dəfədən çox zəng edərək işçiləri təhqir edib.

Trend xəbər verir ki, hadisə Saitama prefekturasının Kavaquti şəhərində baş verib. Telefonla danışan adam bütün polisləri işdən çıxarmaq lazım olduğunu qışqıraraq onları “böyük axmaqlar” və “vergi oğruları” adlandırıb.

Orta hesabla hər zəng altı dəqiqə çəkib və ümumilikdə o, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə 27 saat danışıb.

Nəticədə təqaüdçü həbs edilib və ona qarşı ittiham irəli sürülüb. Məlum olub ki, həmin şəxs uzun müddətdir ki, polisə oxşar zənglər edirmiş.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti