...

Türkiyədə yaşayış binasında partlayış olub, xəsarət alanlar var (FOTO)

Dünya xəbərləri Materials 4 Dekabr 2022 12:01 (UTC +04:00)
Türkiyədə yaşayış binasında partlayış olub, xəsarət alanlar var (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Türkiyənin Şanlıurfa şəhərinin Akçakale rayonunda bazar günü altımərtəbəli yaşayış binasının birinci mərtəbəsində partlayış baş verib.

Trend Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, partlayış nəticəsində 4 nəfər xəsarət alıb.

Məlumata əsasən, partlayışın baş verdiyi binanın birinci mərtəbəsində iş yerləri olub. Partlayış dalğasından binanın bir neçə divarı qismən uçub, qonşu binalarda şüşələr qırılıb, küçədə dayanan avtomobillərə ziyan dəyib.

Partlayışla bağlı araşdırma aparılır. Hadisənin səbəbləri araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti