...

Türkiyə ölkənin şimal-şərqində neft yatağı kəşf edib - Ərdoğan

Dünya xəbərləri Materials 12 Dekabr 2022 21:51 (UTC +04:00)
Türkiyə ölkənin şimal-şərqində neft yatağı kəşf edib - Ərdoğan

Bakı. Trend:

Türkiyə ölkənin şimal-şərqindəki Qabar dağı bölgəsində yeni neft yatağı kəşf edib.

Trend-in məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin Nazirlər Kabinetinin iclasından sonra çıxışında deyib.

Onun sözlərinə görə, aşkar edilən neft ehtiyatlarının xalis həcmi 150 milyon bareldir.

Dövlət başçısı bildirib ki, ehtiyatların dəyəri 12 milyard dollara yaxın qiymətləndirilir.

"Bu, 2022-ci ildə quruda keşf edilən ən böyük 10 yataqlarından biridir", - deyə Türkiyə prezidenti qeyd edib.

R.T.Ərdoğan Türkiyənin terrorla mübarizəsinə də toxunub.

O, Ankaranın ölkə sərhədlərini terror təhlükəsindən qorumaq əzmində olduğunu bir daha vurğulayıb:

"Türkiyə sərhədlərində təhlükəsizlik xəttinin yaradılmasını tamamlayaraq, özünə qarşı yönəlmiş məkrli və yaramaz planları yenə də alt-üst edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti