...

Moskva hava limanlarında reyslər təxirə salındı

Dünya xəbərləri Materials 17 Dekabr 2022 14:11 (UTC +04:00)
Moskva hava limanlarında reyslər təxirə salındı

Bakı. Trend:

Moskva hava limanlarında onlarla reys təxirə salınıb və ya ləğv edilib.

Trend “İnterfaks”a istinadən xəbər verir ki, buna yağan güclü qar səbəb olub.

Moskva aeroportlarında 24 reys gecikib, daha 17 reys isə ləğv edilib. Domodedovoda 12 gecikmə olub, başqa bir reys isə ləğv edilib. Vnukovoda 6 reys gecikib və 10 reys təxirə salınıb. Şeremetyevoda isə 6 reys gecikib və 6 reys ləğv edilib.

Xəbər lenti

Xəbər lenti