...

2022-ci ilin əvvəlindən 4 mindən çox terrorçu zərərsizləşdirilib - Hulusi Akar

Dünya xəbərləri Materials 31 Dekabr 2022 22:16 (UTC +04:00)

Bakı. Trend:

24 iyul 2015-ci il tarixindən indiyədək Türkiyədə, eləcə də İraqın şimalında və Suriyada 37 312, 2022-ci ilin əvvəlindən isə 4 009 terrorçu zərərsizləşdirilib.

Trend xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akarın ilin yekunları üzrə müraciətində deyilir.

Onun sözlərinə görə, Milli Müdafiə Nazirliyi üzərinə düşən bütün vəzifələri uğurla yerinə yetirərək yeni 2023-cü ilə böyük həvəslə qədəm qoyur.

Nazir qeyd edib ki, Türkiyə qlobal və regional səviyyədə sürətlə dəyişən hadisələr dövrünü yaşayır və artan risklər və çağırışlar səbəbindən təhlükəsizlik məsələləri ön plana çıxıb.

Nazir Türkiyə sərhədlərinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində atılan addımlara da diqqət çəkib.

"Bu il də bütün terror təşkilatlarına qarşı, əsasən də FETÖ, YPG (PKK-nın Suriya qanadı - red.) və İŞİD-ə qarşı fəal mübarizəmizi davam etdirdik. Ölkəmizin bütün 85 milyon vətəndaşının təhlükəsizliyini təmin etmək əzmindəyik", - deyə nazir əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti