...

Braziliyanın keçmiş prezidentin tərəfdarları parlament binasına basqın ediblər

Dünya xəbərləri Materials 9 Yanvar 2023 00:21 (UTC +04:00)

Bakı. Trend:

Braziliyanın keçmiş prezidenti Jair Bolsonaronun tərəfdarları bazar günü polislə toqquşub və ölkənin paytaxtında Milli Konqresin (зarlament) binasına basqın ediblər.

Trend-in məlumatına görə, bu barədə "Globo" televiziya kanalı xəbər verib.

Məlumata əsasən, polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib. Bolsonaro tərəfdarları çubuqlarla silahlanıb hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş atıblar.

Etirazçılar yanvarın 1-də prezident vəzifəsinə başlayan Luis İnasio Lula da Silva hökumətinin istefasını tələb edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti