Bakı. Trend:
Braziliyanın paytaxtında iğtişaşlarda iştirak etdiyinə görə 400-dən çox adam həbs edilib.
Trend-in məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində Federal dairəsinin qubernatoru İbaneys Roşa yazıb.
"Nəzərinizə çatdırıram ki, artıq 400-dən çox insan həbs edilib və törətdikləri cinayətlərin əvəzini ödəyəcəklər", - deyə İ.Roşa bildirib.
O qeyd edib ki, Braziliada terror aktları adlandırdığı iğtişaşların bütün iştirakçılarının müəyyən edilməsi istiqamətində iş davam edir.