Bakı. Trend:
ABŞ prezidenti Co Bayden fevralın 7-də Konqresin hər iki palatasına illik “Ölkənin vəziyyəti” müraciəti ilə çıxış edəcək.
Trend xəbər verir ki, bunu cümə günü mütəmadi brifinq zamanı Ağ Evin mətbuat katibi Karin Jan-Pyer deyib.
"Biz (Neümayəndələr Palatasının - red.) spikeri (Kevin - red.) Makkartidən dəvət aldıq və Prezident bu dəvəti qəbul etdi. O, fevralın 7-si, çərşənbə axşamı "Ölkənin vəziyyəti" ilə bağlı çıxışını səbirsizliklə gözləyir", - deyə K.Jan-Pyer bildirib.
Daha sonra verdiyi yazılı açıqlamada K.Jan-Pyer C.Baydenin çıxışında "Respublikaçılar, Demokratlar və bütün ölkəyə" müraciət etmək niyyətində olduğunu söyləyib. Mətbuat katibinin sözlərinə görə, prezident çıxışı zamanı iqtisadiyyatın möhkəmləndirilməsi, ABŞ-ın dünyada rəqabət qabiliyyətinin artırılması, sakinlərin təhlükəsizliyinin və ölkənin birliyinin təmin edilməsi məsələlərinə toxunacaq.