...

Berlin hava limanı tətil səbəbindən bütün reysləri təxirə salıb

Dünya xəbərləri Materials 25 Yanvar 2023 11:48 (UTC +04:00)
Berlin hava limanı tətil səbəbindən bütün reysləri təxirə salıb

Bakı. Trend:

Berlin hava limanı həmkarlar ittifaqının tətili səbəbindən yanvarın 25-nə təyin olunmuş bütün reysləri təxirə salıb.

Trend-in məlumatına görə, bu barədə xəbər hava limanının saytında dərc olunub.

"Bloomberg" agentliyinin məlumatına görə, 300-ə yaxın reys təxirə salınıb və bu qərar 35 mindən çox sərnişini əhatə edir.

Həmkarlar ittifaqı sərnişinləri yerüstü nəqliyyat xidmətləri və uçuş təhlükəsizliyinin təmin edilməsi xidmətlərinin əməkdaşlarının tətilinə qoşulmağa çağırıb. "Sərnişinlər ləngimələrə və reyslərin təxirə salınmasına qarşı çıxmalıdırlar", - ittifaqın məlumatında deyilir.

Verdi həmkarlar ittifaqı müqaviləsi bir il müddətinə bağlanan əməkdaşların əməkhaqqının 500 avroya qaldırılmasını tələb edir. İşəgötürən isə hazırki əməkhaqqını saxlamaqla daha uzunmüddətli müqavilə bağlamağı təklif edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti