...

Parisdə tətillər səbəbindən nəqliyyat hərəkəti dayandırılacaq

Dünya xəbərləri Materials 30 Yanvar 2023 01:16 (UTC +04:00)

Bakı. Trend:

Pensiya islahatlarına etiraz olaraq ümummilli tətillə əlaqədar Parisdə ictimai nəqliyyat yanvarın 30-u axşamdan fevralın 1-i səhərə qədər dayandırılacaq.

Trend-in məlumatına görə, bu barədə Fransa nəqliyyat müəssisələri bildiriblər.

Milli Dəmir Yolu Şirkətinin (SNCF) məlumatına görə, "30 yanvar bazar ertəsi, saat 19:00-dan 1 fevral çərşənbə günü saat 06:00-a qədər qatarların hərəkəti ciddi şəkildə pozulacaq". Bildirilib ki, tətil günü üç sürətli "TGV" qatarından yalnız biri işləyəcək, regional "TER" qatarından ikisi xəttə çıxacaq.

Paris Nəqliyyatının Muxtar İdarəsi (RATP) öz növbəsində, "RER" şəhər elektrik qatarlarının və metro xətlərində fasilələr barədə məlumat verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti