...

Türkiyə ordusu İraqın şimalında 3 terrorçunu zərərsizləşdirib (FOTO)

Dünya xəbərləri Materials 4 Fevral 2023 14:42 (UTC +04:00)
Türkiyə ordusu İraqın şimalında 3 terrorçunu zərərsizləşdirib (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə ordusu İraqın şimalında 3 PKK terrorçusunu zərərsizləşdirib.

Trend xəbər verir ki, bu barədə şənbə günü Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Məlumata əsasən, terrorçular "Pəncə-Kilid" əməliyyatı zonasında məhv ediliblər. Onlara aid xeyli sayda silah-sursat ələ keçirilib.

"Biz terroru kökündən silməyə qətiyyətli və qərarlıyıq", - deyə paylaşımda qeyd edilib.

Qeyd eədk ki, ötən gün Türkiyə ordusu tərəfindən İraqın şimalında daha 2 PKK terrorçusu zərərsizləşdirilmişdi.

Türkiyə ordusu sözügedən istiqamətdə əməliyyatlarını davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti