Bakı. Trend:
Türkiyənin Diyarbəkir vilayətində yol qəzası baş verib.
Trend-in məlumatına görə, Diyarbəkir-Şanlıurfa yolu ilə hərəkət edən sərnişin avtobusu yolun buzlamasına görə idarəetmədən çıxaraq dərəyə aşıb.
Məlumata əsasən, qəza nəticəsində 4-ü ağır olmaqla 30 nəfər yaralanıb.
Yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanalara aparılıb.