Bakı. Trend:
Tayvan adasının şərq hissəsində 5,1 bal gücündə zəlzələ baş verib.
Trend-in məlumatına görə, bu barədə Çinin seysmoloji mərkəzindən bildirilib.
Məlumata əsasən, yeraltı təkanlar yerli vaxtla saat 04:20-da qeydə alınıb. Yeraltı təkanların episentri Hualyan şəhərindən 34,4 km şimal-şərqdə yerləşib. Zəlzələnin ocağı 15,8 km dərinlikdə olub.
Xəsarət alanlar barədə məlumat verilməyib.