...

Rusiyada qaz partlayışı nəticəsində ölənlərin sayı 13-ə çatıb

Dünya xəbərləri Materials 10 Fevral 2023 06:48 (UTC +04:00)

Bakı. Trend:

Novosibirskdə beşmərtəbəli binada qaz partlayışı nəticəsində ölənlərin sayı 13-ə çatıb.

Trend-in məlumatına görə, Rusiya Səhiyyə Nazirliyinin məlumatına görə, partlayış nəticəsində daha 9 nəfər yaralanıb.

Qeyd edək ki, ötən gün Novosibirsk şəhərinin Lineynaya küçəsində beşmərtəbəli binada qaz partlayıb. Partlayışdan sonra yanğının başladığı binadan 50 nəfər təxliyə edilib.

Novosibirskdə fevralın 10-da matəm elan olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti