...

ABŞ-ın keçmiş vitse-prezidentinin evində məxfi sənəd tapılıb

Dünya xəbərləri Materials 11 Fevral 2023 05:28 (UTC +04:00)
ABŞ-ın keçmiş vitse-prezidentinin evində məxfi sənəd tapılıb

Bakı. Trend:

ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pensin İndiana ştatının Karmel şəhərindəki evində axtarış aparan FTB məxfi sənəd aşkarlayıb.

Trend xəbər verir ki, bu barədə siyasətçinin köməkçisinə istinadən "The Washington Post" qəzeti məlumat yayıb.

Məlumata əsasən, agentlər məxfi olmayan daha altı səhifə sənədi də müsadirə ediblər. Keçmiş vitse-prezidentin razılığı ilə aparılan axtarış beş saat davam edib.

"CNN" telekanalının mənbələrinin məlumatına görə, yanvarın sonlarında M.Pensin evində onun vəkili tərəfindən məxfi sənədlər aşkarlanıb. Daha sonra materiallar FTB-yə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti