Bakı. Trend:
Bu gün Yeni Zelandiya sahillərində 6,0 maqnitudalı zəlzələ olub.
Trend-in məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib.
Məlumata görə, zəlzələnin episentri Maltanın təqribən 30,6 min nəfərin məskunlaşdığı Paraparaumu şəhərindən 40 km şimal-qərbdə yerləşir. Ocaq 63 km dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar haqqında məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.