...

300 dollara qədər olan ən yaxşı büdcəli smartfonların adı açıqlanıb

Dünya xəbərləri Materials 17 Fevral 2023 22:36 (UTC +04:00)
300 dollara qədər olan ən yaxşı büdcəli smartfonların adı açıqlanıb

Bakı. Trend:

"Gizchina" portalının redaksiyası fevral ayında 300 dollardan aşağı olan beş ən yaxşı "Android" smartfonlarının siyahısını tərtib ediblər.

Trend-in məlumatına görə, birinci yerdə "Snapdragon 695" çipi, 6 QB əməliyyat yaddaşı və 128 QB daxili yaddaş əldə edən yeni "Poco X5 5G" qərarlaşıb.

İkinci yeri "Realme 10 Pro" smartfonu tutub. "Snapdragon 695" çipi, 8 QB əməliyyat yaddaşı və 256 GB daxili yaddaş smartfonun işləməsinə cavabdehdir.

Ardınca "Dimesity 1080" çipi, 8 QB əməliyyat yaddaşı və 128 QB daxili yaddaş ilə "Redmi Note 12 Pro" gəlir.

Siyahıya həmçinin Vivo T2X və Honor X8A daxil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti