...

ABŞ-da atışma olub, 6 nəfər ölüb

Dünya xəbərləri Materials 18 Fevral 2023 06:33 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-ın Missisipi ştatında baş verən atışma nəticəsində azı altı nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə "NBC" televiziya kanalı bildirib.

Məlumata görə, bütün hadisələr Teyt dairəsinin rayonlarından birində baş verib. Orada şübhəli şəxs tapılaraq həbs edilib..

Hücum edənin şəxsiyyəti və motivləri hələ müəyyən edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti