...

Zəlzələ bölgələrində 70 mindən çox ev tikəcəyik - Ərdoğan

Dünya xəbərləri Materials 21 Fevral 2023 18:31 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin zəlzələdən zərər çəkən bölgələrində 70 minə yaxın ev tikiləcək.

TurkicWorld-un məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələ bölgəsi olan Osmaniyəyə səfəri zamanı bildirib.

"Şəhərlərimizi bir il ərzində yenidən dirçəldəcəyik. Ümumilikdə, 70 min kənd tipli evlə 200 min yaşayış məskənini mart ayının sonunadək vətəndaşlarımıza təhvil verməyi planlayırıq," - deyə o qeyd edib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Ötən axşam isə Türkiyənin Hatay əyalətində 6,4 və 5,8 bal gücündə zəlzələlər baş verib.

Məlumat üçün qeyd edək ki, zəlzələ nəticəsində Türkiyədə vəfat edən vətəndaşların sayı 42 min 310 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti