...

Malatyada baş verən bugünkü zəlzələdə ölən və yaralananlar var (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 27 Fevral 2023 14:25 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Malatya bölgəsində baş verən 5.6 bal gücündə zəlzələ nəticəsində 1 nəfər ölüb, 69 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə AFAD məlumat yayıb.

***

13:32

Türkiyənin Malatya bölgəsində 5.6 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, bu barədə AFAD məlumat yayıb.

Qeyd edilib ki, zəlzələ yerin təxminən 6,97 kilometr dərinliyində baş verib. Zəlzələ nəticəsində dağılan binaların olduğu müəyyən edilib. Hazırda ərazidə axtarış-xilasetmə qrupları fəaliyyət göstərir.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti