...

Əfqanıstanda partlayış olub

Dünya xəbərləri Materials 11 Mart 2023 12:13 (UTC +04:00)
Əfqanıstanda partlayış olub

Bakı. Trend:

Əfqanıstanda partlayış olub.

Trend-in məlumatına görə, partlayış bu gün Əfqanıstanın şimalında Bəlx vilayətində yerləşən Məzari-Şərif şəhərinin mədəniyyət mərkəzində baş verib.

Bu barədə Hasht-e Subh qəzeti yerli mənbələrə istinadən xəbər verib.

Qəzetin məlumatına görə, partlayış yerli vaxtla saat 11:00-da Məzari-Şərifdəki "Tabian" mədəniyyət mərkəzində baş verib. Partlayış nəticəsində qurbanların olduğu, lakin dəqiq sayın hələ məlum olmadığı bildirilir. Xəsarət alanlar arasında jurnalistlər də var. Partlayışa nəyin səbəb olduğu qeyd edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti