...

Ərəb şirkəti "TikTok"un 100 milyon dollarlıq payını alır

Dünya xəbərləri Materials 15 Mart 2023 14:50 (UTC +04:00)
Ərəb şirkəti "TikTok"un 100 milyon dollarlıq payını alır
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

BƏƏ-nin texnologiya şirkəti G42, Çinin "TikTok" tətbiqinin sahibi "ByteDance" şirkətində 100 milyon dollarlıq pay alıb.

Trend-in məlumatına görə, müqavilə çərçivəsində "ByteDance" şirkətinin səhmləri 220 milyard dollar dəyərində qiymətləndirilirdi, halbuki əvvəllər onun dəyəri 300 milyard dollara çatmışdı.

Şirkətin səhmlərinin ucuzlaşması ABŞ-da "TikTok"a mümkün qadağa ilə bağlıdır, bu sosial şəbəkə milli təhlükəsizliyə təhdid adlandırılır.

ABŞ prezidenti Co Baydenin administrasiyası senatorların martın 7-də təqdim etdiyi və dövlət başçısına "TikTok" da daxil olmaqla xarici sosial şəbəkələri qadağan etməyə imkan verən qanun layihəsini dəstəkləyib. Martın əvvəlində ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi oxşar qanun layihəsini dəstəkləyib, lakin bu, demokratların tənqidinə səbəb olub. Bu ayın əvvəlində qanunverici orqanın aşağı palatasında bununla bağlı səsvermə keçirilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti