...

Britaniya parlamentində "TikTok"un istifadəsi qadağan ediləcək

Dünya xəbərləri Materials 23 Mart 2023 20:11 (UTC +04:00)
Britaniya parlamentində "TikTok"un istifadəsi qadağan ediləcək

Bakı. Trend:

Çində istehsal edilən "TikTok" sosial şəbəkəsindən istifadə Böyük Britaniya parlamentinin binasına girişi qadağan ediləcək.

Trend-in məlumatına görə, bu barədə Britaniya parlamentinin nümayəndəsi bildirib.

Bildirilib ki, təhlükəsizlik səbəbi ilə proqram bütün parlament cihazlarında da bloklanacaq.

"Hökumətin "TikTok"u hökumət cihazlarında qadağan etmək qərarı fonunda, İcmalar Palatası və Lordlar Palatasının komissiyaları "TikTok"un bütün parlament cihazlarında və parlament şəbəkəsində bloklanacağına qərar verdilər. Kibertəhlükəsizlik parlament üçün əsas prioritetdir", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti