...

Xoyda baş verən zəlzələdə 68 nəfər xəsarət alıb

Dünya xəbərləri Materials 24 Mart 2023 10:43 (UTC +04:00)
Xoyda baş verən zəlzələdə 68 nəfər xəsarət alıb
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün səhər İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin Xoy rayonunda baş verən zəlzələ nəticəsində 68 nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, bunu İranın Qərbi Azərbaycan vilayəti Qırmızı Aypara Cəmiyyətinin rəhbəri Həmid Məhbubi deyib.

H.Məhbubinin sözlərinə görə, 8 nəfər uçqunlar altında qaldığı, qalanı isə zəlzələdən qorxaraq qaçdığı üçün xəsarət alıb.

O, 6 nəfərin xəstəxanaya yerləşdirildiyini deyib.

Qeyd edək ki, bu gün Xoy rayonunda 5,6 bal gücündə zəlzələ baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti