...

Bayden ABŞ banklarının mövcud çətinliklərin öhdəsindən gələ biləcəyini hesab edir

Dünya xəbərləri Materials 25 Mart 2023 04:45 (UTC +04:00)
Bayden ABŞ banklarının mövcud çətinliklərin öhdəsindən gələ biləcəyini hesab edir

Bakı. Trend:

Amerika bankları son vaxtlarda yaranan çətinliklərin öhdəsindən gələ biləcək.

Trend xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden Ottavada Kanadanın baş naziri Castin Trüdo ilə birgə mətbuat konfransında deyib.

"Hesab edirəm ki, banklar yaxşı vəziyyətdədir. Avropada baş verənlərin ABŞ-dakı banklarla heç bir əlaqəsi yoxdur", - deyə C.Bayden bildirib.

Onun sözlərinə görə, vəziyyətin sakitləşməsi üçün müəyyən vaxt lazımdır. "Amma bu sahədə “partlayış” olacağını düşünmürəm", - deyə ABŞ prezidenti əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti