Bakı. Trend:
Yaponiya hökuməti KXDR-in nüvəsizləşdirilməsinə nail olmaq üçün ABŞ, Cənubi Koreya və bütün beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlıq edəcək.
Trend-in məlumatına görə, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Xirokadzu Matsuno deyib.
"Yapon-Amerika, Yapon-Amerika-Cənubi Koreya sıx əməkdaşlığı və beynəlxalq ictimaiyyətlə əməkdaşlıq vasitəsilə biz BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tam yerinə yetirilməsi və Şimali Koreyanın nüvəsizləşdirilməsi istiqamətində çalışacağıq", - deyə o qeyd edib.