...

ABŞ-da 25 yük qatarı vaqonu relsdən çıxıb

Dünya xəbərləri Materials 3 Aprel 2023 00:20 (UTC +04:00)
ABŞ-da 25 yük qatarı vaqonu relsdən çıxıb

Bakı. Trend:

ABŞ-ın Montana ştatında bazar günü azı 25 yük qatarı relsdən çıxıb.

Trend-in məlumatına görə, bu barədə "CNN" televiziya kanalı yerli polisə istinadən bildirib.

Məlumata əsasən, hadisə nəticəsində bəzi vaqonlar çaya düşüb. Polis onların tərkibində təhlükəli maddələrin olmadığını bildirib.

Hazırda zərərçəkənlər barədə məlumat daxil olmayıb. Hadisənin səbəbi müəyyənləşdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti