...

Finlandiyada parlament seçkilərində qalib məlum oldu

Dünya xəbərləri Materials 3 Aprel 2023 02:32 (UTC +04:00)
Finlandiyada parlament seçkilərində qalib məlum oldu

Bakı. Trend:

Petteri Orponun rəhbərlik etdiyi müxalifət Milli Koalisiya Partiyası Finlandiyada keçirilən parlament seçkilərində qalib gəlib. Partiya bülletenlərin 100 faizi işləndikdən sonra 20,8 faiz səs toplayıb.

Trend-in məlumatına görə, bu barədə ölkənin Ədliyyə Nazirliyi bildirib.

Nazirlikdən bildirilib ki, Milli Koalisiya Partiyası respublikanın yeni parlamentində 200 yerdən 48-ni tutacaq. İkinci yeri sağçı "Əsl Finlər" partiyası (rəhbəri Riikka Purra) tutur - o, 20,1% səs toplayıb və parlamentdə 46 yer qazanıb. R.Purra ölkədə parlamentə ən populyar namizəd oldu. Onun lehinə 42 589 nəfər səs verib.

Üçüncü yerdə 19,9% səs toplayan və parlamentdə 43 yerlə baş nazir Sanna Marinin Sosial Demokrat Partiyasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti