Bakı. Trend:
Konqo Demokratik Respublikasında (KDR) torpaq sürüşməsi nəticəsində azı 19 nəfər ölüb.
Trend-in məlumatına görə, bu barədə "Agence France-Presse (AFP)" agentliyi xəbər verib.
Agentlik bildirib ki, hadisə Şimali Kivu vilayətinin kəndlərindən birində baş verib.
Qeyd olunub ki, itkin düşənlərin axtarışları bazar ertəsi davam ediləcək.