Bakı. Trend:
Amerikalıların əhəmiyyətli bir hissəsi ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı irəli sürülən ittihamları dəstəkləyir, lakin eyni zamanda bunda siyasətin də rol oynadığına inanır.
Trend xəbər verir ki, bu barədə "CNN" telekanalının sifarişi ilə aparılan müvafiq sorğunun nəticələrində deyilir.
Xüsusilə, sorğuda iştirak edənlərin 75 faizi bu qərarda siyasətin rol oynadığını bildirib, respondentlərin 52%-i isə qərarın çox siyasiləşdiyi qənaətindədir.
Eyni zamanda, demokratların 94%-i ittihamlarla razıdır, respublikaçıların 79%-i belə bir qərarla razılaşmır. Bundan əlabə, özlərini nə Respublikaçı, nə də Demokrat tərəfdarı kimi təqdim etməyən sorğu iştirakçılarının 62%-i də bu qərarı dəstəkləyir.
Sorğu martın 31-də və aprelin 1-dək keçirilib, sorğuda 1048 nəfər iştirak edib.