...

İsrail ordusu Livan ərazisində HƏMAS-ın mövqelərinə zərbələr endirib

Dünya xəbərləri Materials 7 Aprel 2023 06:08 (UTC +04:00)

Bakı. Trend:

İsrail ordusu Livan ərazisində HƏMAS-ın mövqelərinə zərbələr endirib.

Trend xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidmətindən məlumat verilib.

"İsrail Müdafiə Ordusu Livanın cənubundakı hədəflərə, o cümlədən HƏMAS-a məxsus terror infrastrukturuna zərbələr endirib", - deyə mətbuat xidmətindən bildirilib.

Xatlrkadaq ki, daha əvvəl İsrail Müdafiə Ordusunun mətbuat xidməti Livan ərazisindən İsrailə doğru ən azı 34 raket atıldığını, onlardan 25-inin hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğunu, daha 5-nin isə dövlətin ərazisinə düşdüyünü bildirib. Daha dörd raketlə bağlı məlumat dəqiqləşdirilir. “Yedioth Ahronoth” qəzetinin məlumatına görə, raket hücumu nəticəsində 3 nəfər yüngül xəsarət alıb.

Daha sonra İsrail ordusu Qəzza zolağında HƏMAS-ın mövqelərinə zərbələr endirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti