...

Netanyahu hərbi polisin səfərbər edilməsi barədə göstəriş verib

Dünya xəbərləri Materials 8 Aprel 2023 01:00 (UTC +04:00)
Netanyahu hərbi polisin səfərbər edilməsi barədə göstəriş verib

Bakı. Trend:

İsrailin Baş naziri Binyamin Netanyahu cümə günü Təl-Əvivdə törədilən terror aktından sonra hərbi polisin bütün ehtiyatda olan şəxsi heyətinin və əlavə ordu qüvvələrinin səfərbər edilməsi barədə göstəriş verib.

Trend xəbər verir ki, Netanyahu həmçinin vətəndaşları təhlükəsizlik xidmətlərinin göstərişlərinə əməl etməyə çağırıb.

“İsrailin Baş naziri Binyamin Netanyahu İsrail polisinə MAGAV-ın ehtiyatda olan şəxsi heyətinin (hərbi polis), İsrail Müdafiə Qüvvələrinin əlavə qüvvələrinin səfərbər edilməsi barədə göstəriş verib”, - deyə məlumatda bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti