...

Ərdoğan Diyarbakırın ən böyük məscidinin açılışında iştirak edəcək

Dünya xəbərləri Materials 13 Aprel 2023 17:25 (UTC +04:00)
Ərdoğan Diyarbakırın ən böyük məscidinin açılışında iştirak edəcək

Bakı. Trend:

Sabah Türkiyənin Diyarbakır vilayətinin ən böyük məscidi olan Səlahəddin Əyyubi məscidinin ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılış mərasimi baş tutacaq.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, məscidin həyəti də daxil olmaqla ümumilikdə 25 min nəfər eyni anda namaz qıla biləcək.

Məlumat üçün bildirək ki, Diyarbakırın Yenişehir səmtində yerləşən məscidin tikintisinə altı il öncədən başlanılıb.

Ümumilikdə 43 min 500 kvadratmetr sahəsi olan məsciddə 700 nəfərlik konfrans zalı, 1500 kvadratmetrlik foye və sərgi zalı, 500 maşınlıq dayanacaq var.

Məscid kompleksində 2 min 400 kvadratmetrlik yeməkxana, kitabxana və gənclər mərkəzi, 4 min kvadratmetr sahəyə malik ofis və təhsil sahələri var.

Bundan əlavə, əsasən, bazalt, ağ və sarı daşlarının istifadə olunduğu məsciddə həm Mesopotamiya, həm Səlcuqlu, həm də Osmanlı izləri var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti