...

Cənubi Koreyada turist avtobusu qəzaya uğrayıb

Dünya xəbərləri Materials 14 Aprel 2023 16:27 (UTC +04:00)
Cənubi Koreyada turist avtobusu qəzaya uğrayıb

Bakı. Trend:

Cənubi Koreyada turist avtobusunun qəzaya uğraması nəticəsində bir israilli ölüb, 34 nəfər yaralanıb.

Trend-in TurkicWorld-a istinadən məlumatına görə, Cənubi Koreyanın cənubunda israilli turistləri daşıyan avtobus aşıb, bir qadın ölüb, 34 nəfər yaralanıb. 33 israilli və iki Cənubi Koreya vətəndaşının (avtobus sürücüsü və bir bələdçi) olduğu tur avtobusu ölkənin cənubundakı Çunqju şəhərində yamacda qəzaya uğrayıb, Koreya mətbuatının verdiyi məlumata görə, 62 yaşlı israilli qadının öldüyü, yaralılardan 7-nin vəziyyətinin ağır olduğu bildirilib. Məlumatda qeyd olunub ki, qəza avtobusun arxaya yuvarlanması nəticəsində baş verib.

Qəzanın dəqiq səbəbləri araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti