...

Türkiyənin ilk hidrogen vadisində yaşıl hidrogenin pilot istehsalına başlanılıb

Dünya xəbərləri Materials 19 Aprel 2023 13:34 (UTC +04:00)
Türkiyənin ilk hidrogen vadisində yaşıl hidrogenin pilot istehsalına başlanılıb

Bakı. Trend:

Türkiyənin ilk hidrogen vadisinin həyata keçiriləcəyi "Cənubi Mərmərə Hidrogen Sahil Vadisi Layihəsi" çərçivəsində Enerjisa İstehsalatı Bandırma Enerji Bazasında bərpa olunan mənbələrdən əldə edilən yaşıl hidrogenin pilot istehsalına başlanılıb.

Trend-in TurkicWorld-a istinadən məlumatına görə, Enerjisa Üretim və 16 türk və xarici səhmdarın iştirakı ilə başladılan "Cənubi Mərmərə Hidrogen Sahili Vadisi Layihəsi", Avropa Komissiyası tərəfindən 8 milyon avro dəyərində qrant dəstəyi ilə təmin edilən, ümumilikdə 36,8 milyon avro dəyərində Avropa İttifaqının (Aİ) layihəsidir.

Cənubi Mərmərə İnkişaf Agentliyinin koordinatoru olduğu layihədə bərpa olunan mənbələrdən əldə edilən yaşıl hidrogen Enerjisa Üretim-in Bandırma Enerji Bazasında istehsal edilərək paylanacaq.

Layihənin tərəfdaşları arasında Sabancı Universiteti, Kaleseramik Çanakkale Kalebodur Seramik Sanayi AŞ, Şişecam, Eti Maden, Türk-Alman Universiteti, Linde Gaz AŞ, Bandırma Onyedi Eylül Universiteti, Hidrogen Peroksid AŞ, University Mohammed Vi Polytechnique, Alma Mater Studiorum- Universita Di Bologna, Software AG (SAG), PwC Yeminli Mali Müsavirlik AŞ, TENMAK və TÜBİTAK yer alırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti