...

Rusiya prezidenti Türkiyənin Akkuyu AES-in nüvə statusu alacağı tədbirə qatılacaq

Dünya xəbərləri Materials 26 Aprel 2023 17:47 (UTC +04:00)

Bakı. Trend:

Rusiya prezidenti Vladimir Putin bugün Türkiyənin Akkuyu Atom Elektrik Stansiyasının nüvə statusu alacağı tədbirə videokonfransla qatılacaq.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Kremldən yazılı açıqlama verilib.

Məlumata əsasən, Akkuyu AES layihəsi çərçivəsində ümumi gücü 4800 meqavat olan dörd blok istifadəyə veriləcək.

Məlumat üçün bildirək ki, Akkuyu Atom Elektrik Stansiyası 2010-cu il mayın 12-də Türkiyə və Rusiya prezidentləri arasında imzalanmış müqavilə çərçivəsindəTürkiyənin Mersin vilayətinin Büyükeceli bölgәsindә tikilmişdir.

2018-ci ilin aprel ayında birinci reaktorun, 2020-ci ilin iyun ayında ikinci reaktorun, 2021-ci ilin mart ayında üçüncü reaktorun, 2022-ci ilin iyun ayında isə sonuncu reaktorun təməli qoyulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti