...

Türkiyənin yeni silahı "Gökdemir" ilk dəfə görüntülənib

Dünya xəbərləri Materials 27 Aprel 2023 12:39 (UTC +04:00)
Türkiyənin yeni silahı "Gökdemir" ilk dəfə görüntülənib

Bakı. Trend:

Türkiyənin Müdafiə sənayesi şirkətləri ASELSAN və TÜBİTAK-SAGE tərəfindən hazırlanan "Gökdemir" Hava Hücumundan Müdafiə Sistemi ilk dəfə görüntülənib.

Trend-in TurkicWorld-a istinadən məlumatına görə, "Gökdoğan" raketinin hava hücumundan müdafiə versiyası olan "Gökdemir" hava hücumundan müdafiə sisteminin ilk atış sınaqları 2022-ci ilin ikinci yarısında həyata keçirilib. ASELSAN "Gökdemir" ilə yerli Qabaqcıl Yerdən Havaya Raket Sistemi (NASAMS) konsepsiyasını həyata keçirməyi planlaşdırır. Ola bilsin ki, "Bozdoğan" raketinin atış sınağı tezliklə "Gökdemir" sistemindən həyata keçirilsin. Sistemdə axtarış radarı olaraq HİSAR-A+/O+/RF sistemlərində də istifadə edilən "Kalkan" radarına üstünlük veriləcək.

Qeyd edək ki, "Bozdoğan" və "Gökdoğan" raketləri bu il Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil edilib.

Bozdoğan raketi qısamənzilli hava raketidir. Ön tərəfində infraqırmızı skaner sistemi var. Bu təkmil xüsusiyyət təyyarələrə bir-biri ilə vuruşmağa imkan verir. Yəni düşmən elementinin arxasına keçib onu kilidləməyə ehtiyac yoxdur. Bunun əvəzinə pilotun öz baxış xəttindəki hədəfə baxaraq qarşı tərəfi görməsi kifayətdir. Roketin diapazonu 25-35 km-dir.Gökdoğan raketi orta mənzilli hava raketidir.

Bu raketdə isə bələdçilik dəsti kimi infraqırmızı deyil, aktiv radar sistemi var. İş prinsipi Bozdoğandan fərqlidir. Pilot, radarında bir təyyarə görəndə məlumatı Gökdoğanla paylaşır və onu erkən atəşə tutur. Raket təyyarədən aldığı məlumatlardan istifadə edərək uzun müddət səyahət etsə də, hədəfə yaxınlaşmazdan əvvəl öz radarını işə salır, hədəfi axtarır və kilidlənərək məhv edir. Onun diapazonu 65+ km kimi tanınır. Ancaq 100+ km-ə qədər yenilənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti