Bakı. Trend:
Türkiyənin İzmir şəhərində 8 mərtəbəli yaşayış binasında güclü yanğın başlayıb.
Trend Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, yanğın qısa müddətdə bütün binaya yayılıb. Hadisə yerinə çox sayda yanğınsöndürən cəlb edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür.
Yanğının səbəbi hələki məlum deyil.