...

Serbiyanın xarici işlər naziri Türkiyə prezidentinin andiçmə mərasimində iştirak edəcək

Dünya xəbərləri Materials 3 İyun 2023 02:48 (UTC +04:00)
Serbiyanın xarici işlər naziri Türkiyə prezidentinin andiçmə mərasimində iştirak edəcək

Bakı. Trend:

Serbiyanın baş nazirinin birinci müavini və xarici işlər naziri İvitsa Daçiç Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 3-də keçiriləcək andiçmə mərasimində iştirak edəcək.

Trend-in məlumatına görə, Daçiç bu tədbirdə Serbiya Prezidentinin nümayəndəsi kimi iştirak edəcək. Bu barədə ölkənin Xarici İşlər Nazirliyinin bəyanatında deyilib.

Bundan əvvəl Serbiya prezidenti Aleksandr Vuçiç telefon danışığı zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət edərək regionun sabitləşdirilməsi və bölgədəki vəziyyətin həlli üçün dəstək istəyib. Ərdoğan bu məsələdə yardım etməyə hazır olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti