...

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Türkiyəyə keçib

Dünya xəbərləri Materials 1 İyul 2023 19:02 (UTC +04:00)
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Türkiyəyə keçib

Bakı. Trend:

Türkiyə iyulun 1-dən 6 ay müddətinə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrliyi qəbul edib.

Trend xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin "Twitter" səhifəsindəki paylaşımda deyilir.

"Respublikamızın 100 illiyində biz Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrliyi qəbul edirik. Biz bu gün Qara dəniz regionunda daha böyük əhəmiyyət kəsb edən sülh, sabitlik və firavanlığa töhfə verəcək fəal sədrliyə hazırıq", - deyə paylaşımda bildirilir.

Qeyd edək ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı 1992–ci ildə Türkiyənin fəal dəstəyi ilə yaradılıb və təşkilatın Daimi Beynəlxalq Katibliyi İstanbul şəhərində yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti