...

Nyu-Yorkda iki avtobusun toqquşması nəticəsində 81 nəfər yaralanıb

Dünya xəbərləri Materials 7 İyul 2023 07:20 (UTC +04:00)
Nyu-Yorkda iki avtobusun toqquşması nəticəsində 81 nəfər yaralanıb

Bakı. Trend:

ABŞ-ın Nyu-York şəhərində iki sərnişin avtobusu toqquşub.

Trend xəbər verir ki, ikimərtəbəli turist avtobusu işıqforun qırmızı işığından keçdikdən sonra şəhər daxili hərəkət edən sərnişin avtobusuna çırpılıb.

Qəza nəticəsində 81 nəfər xəsarət alıb. Onlardan 18 nəfər xəstəxanaya yerləşdirilib, 63 nəfərə isə hadisə yerində tibbi yardım göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti