Bakı. Trend:
Bu gün Türkiyə daha güclü, azad və müstəqildir.
Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun jurnalistlərə aşıqlaması zamanı deyib.
"15 iyul günü, 7 il bundan öncə beynəlxalq arenada Türkiyədə idarə dəyişikliyi etmək üçün çirkin bir təşkilatdan, xain terror təşkilatından istifadə etdilər. Millətimiz isə onlara açıq-aşkar zərbə vurdu. Dünyada demokratiya tarixində misli görünməmiş çevriliş cəhdinə qarşı müqavimət nümayiş etdirildi. Bu 7 illik müddətdə biz bir tərəfdən gördük ki, bu xain terror təşkilatı dövlətdən və qurumlarımızdan təmizlənib, dövlətimiz çox güclüdür, qurumlarımız çox güclüdür. İndi Türkiyənin terrorla mübarizəsi çox güclüdür. 15 iyulda şəhid olanlar, qazilər və həmin gecə meydanlara qaçan hər kəs "Türkiyə əsri"nin qəhrəmanlarıdır. Bu gün Türkiyə daha güclü, azad və müstəqildir",- deyə Altun bildirib.
Qeyd edək ki, bu gün Türkiyədə Demokratiya və Milli Birlik Günü kimi qeyd olunur.