Bakı. Trend:
Braziliyanın təyyarə istehsalçısı "Embraer" Sao Paulo şəhəri yaxınlığında elektriklə işləyən hava taksiləri istehsal edən fabrik tikəcəyini açıqlayıb.
Trend xəbər verir ki, hava taksilərinin 2026-cı ildən səmada olacağı gözlənilir.
Altı nəfər üçün nəzərdə tutulan hava taksiləri helikopterə bənzəyir. Təyyarə kimi uzaq məsafələrə gedə biləcək taksilərdə sərnişinlərin səfər üçün adambaşına 50-100 dollar ödəniş edəcəyi gözlənilir.
Şirkət artıq 3 minə yaxın hava taksisi sifarişi aldığını bildirib.
Fabrikin San Paulodan 140 km məsafədə, Braziliyanın iqtisadi paytaxtı Taubet şəhərində inşa edilməsi planlaşdırılır.