...

Ərdoğan Milli Təhlükəsizlik Şurasının iclasını keçirəcək

Dünya xəbərləri Materials 7 Avqust 2023 10:58 (UTC +04:00)
Ərdoğan Milli Təhlükəsizlik Şurasının iclasını keçirəcək

Bakı. Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə avqustun 9-da Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək.

Trend-in TurkicWorld-a istinadən məlumatına görə, iclasda terrorla mübarizədə son vəziyyət, Suriyadakı hadisələr, suriyalıların ölkələrinə göndərilməsi, Taxıl Dəhlizi Sazişi kimi məsələlərin müzakirə ediləcəyi gözlənilir.

Məlumata əsasən, avqustun 3-də Yüksək Ali Hərbi Şuranın iclasının qərarı ilə təqaüdə göndərilən Quru Qoşunları komandanı, general Musa Avsever və Hərbi Hava Qüvvələri komandanı, general Atilla Gülan son dəfə iclasda iştirak edəcək.

Qeyd edək ki, İstanbuldakı Suriya vətəndaşlarının ölkələrinə qayıtması üçün onlara 24 sentyabr tarixinə qədər vaxt verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti