...

Türkiyə limanları qəbul etdiyi gəmilərin sayını açıqlayıb

Dünya xəbərləri Materials 10 Avqust 2023 17:27 (UTC +04:00)
Türkiyə limanları qəbul etdiyi gəmilərin sayını açıqlayıb

Bakı. Trend:

Bu ilin iyul ayında Türkiyə limanları 5 min 606 gəmi qəbul edib.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Məlumata görə, bu dövr ərzində Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 628, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 1 978 olub.

2023-cü ilin yanvar-iyul aylarında Türkiyə limanları 34 min 444 gəmi qəbul edib.

“Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 23 min 728, Türkiyə bayrağı altında olan gəmilər isə 10 min 716 olub”, - deyə nazirlikdən qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti