Bakı. Trend:
Rusiyanın Moskva vilayətinin Sergiyev Posad şəhərində baş verən partlayış nəticəsində xəsarət alan və tibbi yardım üçün müraciət edənlərin sayı 84-ə çatıb.
Trend xəbər verir ki, bu barədə Moskva vilayətinin Sergiyev-Posad şəhər dairəsinin administrasiyası məlumat yayıb.
Hadisə nəticəsində xəsarət alan 1 qadın xəstəxanada vəfat edib. Stasionar qaydada müalicə alanlardan üçünün vəziyyəti ağır olaraq qiymətləndirilir.
Qeyd edək ki, avqustun 9-da Rusiyanın Moskva vilayətinin Sergiyev-Posad şəhərində yerləşən Zaqorsk optik-mexanika zavodunda güclü partlayış baş verib. Partlayış nəticəsində 84 nəfər xəsarət alıb, 1 nəfər ölüb, 8 nəfər isə itkin düşüb.