...

Rumıniyada yanacaqdoldurma məntəqəsində partlayış baş verib

Dünya xəbərləri Materials 27 Avqust 2023 01:17 (UTC +04:00)

Bakı. Trend:

Rumıniyanın Dimbovita qraflığının Krevedia kəndində yanacaqdoldurma məntəqəsində partlayış baş verib.

Trend xəbər verir ki, azı bir nəfər ölüb, 30-dan çox insan müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Yeni partlayışların baş verməsi təhlükəsi qalmaqdadır.

Hakimiyyət orqanları təxminən 300 metr radiusda əhalini təxliyə edib və Buxarest istiqamətində güclü tüstünün yayıldığı barədə xəbərdarlıq edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti