...

Polşada doqquz nəfər bu xəstəlikdən ölüb

Dünya xəbərləri Materials 28 Avqust 2023 16:23 (UTC +04:00)
Polşada doqquz nəfər bu xəstəlikdən ölüb
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Polşanın Jeşuv şəhərində legionellyoza yoluxan doqquzuncu xəstə ölüb.

Trend xəbər verir ki, bu barədə bazar ertəsi "Polsat" telekanalı məlumat yayıb.

Məlumata görə, 91 yaşlı qadın Jeşuv şəhərindəki ağciyər xəstələrikləri mərkəzinə bir neçə gün əvvəl legionellyoz diaqnozu ilə daxil olub. Bundan əvvəlki hallarda olduğu kimi, xəstəlik xroniki xəstəliklər fonunda inkişaf edib.

"Hazırda Jeşuvda legionellyoz diaqnozu ilə 19 nəfər xəstəxanaya yerləşdirilib, onlardan üçünün vəziyyəti ağırdır", - Jeşuv şəhərində yerləşən Universitet klinik xəstəxanasının nümayəndəsi Ancey Sroka telekanala deyib.

Qeyd edək ki, legioner xəstəliyi və ya legionellyoz ağır infeksion xəstəlik olub, intoksikasiya, tənəffüs, sidik-ifrazat və mərkəzi sinir sisteminin zədələnməsi ilə xarakterizə olunur. Xəstəlik ilk dəfə ABŞ-nin "Fort Breqq" hərbi bazasında aşkarlanıb və adını da buradan götürüb.

İndiyədək Polşada 143 legionellyozla yoluxma hadisəsi qeydə alınıb. Onlardan 91-i Jeşuv şəhəri və ətraf ərazilərin payına düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti