...

"Sputnik Moldova"nın rəhbəri Kişinyovdan deportasiya olundu

Dünya xəbərləri Materials 13 Sentyabr 2023 10:44 (UTC +04:00)
"Sputnik Moldova"nın rəhbəri Kişinyovdan deportasiya olundu
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

"Sputnik Moldova"nın rəhbəri Vitali Denisov Kişinyovdan deportasiya olunub.

Trend bu barədə "Sputnik Moldova"nın "Telegram" kanalına istinadən xəbər verir.

Qeyd olunub ki, Moldovanın miqrasiya xidmətinin əməkdaşları Vitali Denisovu avtomobilə mindirərək deportasiya barədə qərarla aeroporta aparıblar. Ona ölkəyə girişinə 10 illik qadağa qoyulduğuna dair göstəriş təqdim olunub.

Moldova hakimiyyəti Vitali Denisovun ölkənin milli təhlükəsizliyini təhdid edən fəaliyyət həyata keçirmək niyyətində olduğunu açıqlayıb.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti