...

Çinin xarici işlər naziri Moskvaya səfər edəcək

Dünya xəbərləri Materials 13 Sentyabr 2023 11:23 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Çinin xarici işlər naziri Vanq Yi sentyabrın 18-də Moskvaya səfər edəcək.

Trend xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova məlumat verib.

Məlumata görə Vanq Yi Moskvada həmkarı Sergey Lavrovla görüşəcək.

Görüşdə ikitərəfli əməkdaşlıq məsələlərinin, o cümlədən yüksək səviyyədə təmaslar müzakirə olunacağı deyilir.

Zaxarovanın sözlərinə görə, nazirlər həmçinin, dünya arenasında qarşılıqlı əlaqələrin möhkəmlənməsini, beynəlxalq təşkilat və forumlarda birgə fəaliyyəti, o cümlədən Ukraynadakı vəziyyəti müzakirə edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti